Avropa ölkələrinin prezidentləri Rusiyaya xəbərdarlıq edir
11 Avropa ölkəsi Rusiyaya xəbərdarlıq edir ki, şəhərləri bombalamaq hərbi cinayətdir.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi raket zərbələrinin pisləndiyi 11 Avropa ölkəsinin prezidentlərinin birgə bəyanatında deyilir.
Bəyanatı Bolqarıstan, Monteneqro, Çexiya, Estoniya, Litva, Latviya, Şimali Makedoniya, Polşa, Rumıniya, Slovakiya və Macarıstan prezidentləri imzalayıblar.
“Sizə xatırladırıq ki, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər bütün dünya məhkəmələrinin yurisdiksiyasına aiddir. Biz ölkələrimiz adından Rusiyadan mülki obyektlərə hücumları dayandırmasını tələb edirik”, - 11 prezidentin birgə bəyanatında deyilir.
Eyni bəyanatda liderlər Rusiyanın nüvə silahından istifadə ilə hədələməsinin qəbuledilməz olduğunu bildirirlər.
"Bu kontekstdə biz ölkələrimizi və müttəfiqlərimizi qorumaq öhdəliyimizi təsdiq edirik", - bəyanatda deyilir.


