NATO üzvü olan 15 ölkə Avropanın hava hücumundan müdafiə sistemini təkmilləşdirmək barədə razılığa gəldi
NATO üzvü olan 15 ölkə Avropanın hava hücumundan müdafiə sistemini təkmilləşdirməyə razılaşıb.
InterPress.ge xəbər verir ki, sözügedən ölkələrin müdafiə nazirləri NATO-nun Brüsseldə keçirilən toplantısı çərçivəsində bəyannamə imzalayıblar.
Proqrama Almaniya, Böyük Britaniya, Slovakiya, Norveç, Latviya, Macarıstan, Bolqarıstan, Belçika, Çexiya, Finlandiya, Litva, Hollandiya, Rumıniya və Sloveniya qoşulub. Qeyd edilib ki, layihə Avropanın hazırkı müdafiə qalxanındakı boşluqların aradan qaldırılmasına töhfə verəcək.
Qərb mediası yazır ki, məsələn, öz trayektoriyası ilə böyük zirvələrə çatan ballistik raketlər sahəsində, eləcə də təyyarələrdən və qanadlı raketlərdən müdafiədə problemlər var. Diplomatların sözlərinə görə, Estoniya da layihədə iştirak etmək istəyir.


