Belarus prezidenti Qərbi hədələdi: "Putini küncə sıxışdırmayın"
Belarus prezidenti Aleksandr Lukaşenko Qərb ölkələrini Putini küncə sıxışdırmamağa çağırıb.
InterPress.ge xəbər verir ki, Aleksandr Lilukaşenko bu barədə Amerikanın NBC telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya öz ərazisinə hücum olacağı təqdirdə istənilən növ silahdan istifadə edə bilər.
“Əgər Allah eləməsin, Rusiya Federasiyasının ərazisinə hücum olarsa, Rusiya lazım gələrsə, hər cür silahdan istifadə edə bilər... Əgər insanı və ya ölkəni küncə sıxışdırırsınızsa, deməli, yalnız bir yol var - irəli. Ona görə də qırmızı sərhədləri keçməyin”, - Lukaşenko bildirib.
O qeyd edib ki, nüvə silahından istifadə etmək fikrində olmadığını şəxsən Putindən bilir.
“Hətta bir dövlət nüvə silahından istifadə edərsə, bu, zəncirvari reaksiyaya səbəb olacaq. Rusiya bunu çox yaxşı başa düşür və heç kim, mən bunu vurğulamaq istəyirəm, mən bunu prezident Putinin özündən dəqiq bilirəm, heç kim nüvə silahından istifadə etməyi hədəfləmir", - Belarus lideri bildirib.


