Tonlarla taxılla yüklənmiş daha dörd gəmi Ukrayna limanlarını tərk edib
140 min ton taxılla yüklənmiş daha dörd gəmi Ukrayna limanlarını tərk edib.
InterPress.ge xəbər verir ki, bu barədə ölkənin İnfrastruktur Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, gəmilər Odessa və Pivdeniya limanlarını tərk edərək Afrika, Asiya və Avropaya yollanır.
Agentliyin məlumatına görə, iyulda əldə olunan razılaşmadan sonra Afrikaya 1,1 milyon ton taxıl göndərilib.
Rusiya mətbuatının məlumatına görə, BMT baş katibinin humanitar məsələlər üzrə müavini taxıl sazişinin davam etdirilməsi üzrə danışıqlarla əlaqədar olaraq hazırda Moskvadadır.
Məlumdur ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu ayın əvvəlində Seneqala səfəri zamanı ölkəsinin Ukrayna taxılının Afrikaya ixracını davam etdirmək, eləcə də dünyanın ərzaq təhlükəsizliyi üçün son nəfəsinə qədər hər şeyi edəcəyini bildirib.


