Belarus MN: "Ölkənin sərhədlərini qorumaq üçün 9000 əsgər yerləşdiriləcək"
Belarus Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin sərhədlərini qorumaq üçün qüvvələrin “regional qruplaşması”nın tərkibində Belarusda 9 minə yaxın rus əsgəri yerləşdiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi Valeri Revenko “Twitter”də yazıb ki, Rusiya hərbçiləri ölkəyə gəlməyə başlayıb.
Onun sözlərinə görə, qoşunların yerdəyişməsinə bir neçə gün lazım olacaq.
Məlumat üçün bildirək ki, ötən həftə Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna və Qərbdən gələn təhdidlərə görə qoşunlarının Rusiya qüvvələri ilə birlikdə Ukrayna sərhədi yaxınlığında “birgə qruplaşma” çərçivəsində yerləşdiriləcəyini açıqlamışdı.


