17 
Okt
2022
12:00
266

Cozef Borrell: "Mənəvi, siyasi və hərbi nöqteyi-nəzərdən Rusiya müharibəni uduzur"

"Mənəvi, siyasi və hərbi nöqteyi-nəzərdən Rusiya müharibəni uduzur".

InterPress.ge xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Lüksemburqda Aİ Xarici İşlər Nazirləri toplantısı başlamazdan əvvəl açıqlama verib.

“Bugünkü iclasda əsas məsələ bu gün səhərdən bəd xəbərlər eşitdiyimiz Ukrayna ilə bağlı olacaq. Səhər saatlarında pilotsuz uçuş aparatlarından istifadə etməklə Kiyevə ağır hücum həyata keçirilib. Mövcud vəziyyəti nəzərdən keçirəcəyik və bəzi tədbirlər görəcəyik. Qəbul edəcəyimiz ən mühüm qərar Ukraynaya hərbi yardımın yeni tranşı və təlim missiyası ilə bağlıdır. Ümid edirəm hamı razılaşar. Müharibənin sosial-iqtisadi nəticələri davam edir və bütün dünyada hiss olunur. BMT Baş Assambleyasında səsvermə zamanı gördüyümüz kimi Rusiya getdikcə daha çox təcrid olunur. Mənəvi, siyasi və hərbi baxımdan Rusiya bu müharibəni uduzur. Biz Ukraynanı dəstəkləməyə davam etməliyik”, - Borrell bildirib.

Onun qeyd etdiyinə görə, bu gün Aİ xarici işlər nazirlərinin görüşündə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da iştirak edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər