"Pilotsuz təyyarələrin Kiyevə hücumu nəticəsində xarabalıqlar altında iki nəfər həlak olub"
Bu gün pilotsuz təyyarələrin Kiyevə hücumu nəticəsində xarabalıqlar altında iki nəfər həlak olub.
InterPress.ge xəbər verir ki, bu barədə Ukraynanın paytaxtının meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, xilasedicilər 18 nəfəri xilas edə biliblər.
“Kamikadze pilotsuz təyyarələrin hücumu nəticəsində Şevçenko rayonunda yaşayış evində partlayış baş verib. Hazırda 18 nəfərin həyatını xilas etmək mümkün olub. İlkin məlumatlara görə, dağıntılar altında iki nəfər qalıb. Xilasedicilər işlərini davam etdirirlər”, - Kliçko bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarında Kiyev kamikadze pilotsuz uçan aparatların hücumuna məruz qalıb. Ukrayna hakimiyyətinin məlumatına görə, hədəf kritik infrastruktur obyekti olub. Pilotsuz təyyarələrin bəziləri Ukrayna hərbçiləri tərəfindən vurulub.
Hazırda Kiyev küçələrinin bir hissəsi bağlanıb. Şəhər meri vətəndaşları həyəcan siqnalı işə düşən kimi sığınacaqlara getməyə çağırır.


