17 
Okt
2022
14:15
248

Avropa İttifaqı Şurası Aİ müşahidəçilərini Ermənistan-Azərbaycan sərhədinə göndərəcək

Aİ Şurası regiondakı vəziyyətin monitorinqi, təhlili və hesabatın hazırlanması üçün Ermənistan-Azərbaycan beynəlxalq sərhədinin Ermənistan tərəfi boyunca 40 Aİ monitorinq mütəxəssisinin göndərilməsi barədə qərar qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidmətindən bildirilib.

“Aİ Monitorinq Missiyasının operativ şəkildə yerləşdirilməsini təmin etmək üçün Avropa İttifaqı Şurası Gürcüstandakı Aİ Monitorinq Missiyasının monitorinq mütəxəssislərinin müvəqqəti göndərilməsi barədə qərar qəbul edib. Avropa İttifaqının monitorinq missiyası onun Gürcüstanda monitorinqinin mümkünlüyünə təsir göstərməməsi üçün operativ tədbirlər görür”, - məlumatda qeyd olunub.

Şuranın məlumatına görə, Ermənistan-Azərbaycan sərhədi boyunca müşahidə missiyası müvəqqəti xarakter daşıyacaq və iki aydan çox davam etməyəcək.

Şura izah edib ki, bugünkü qərar prezident Əliyev, baş nazir Paşinyan, prezident Makron və prezident Mişel arasında oktyabrın 6-da keçirilən dördtərəfli görüşdən sonra verilib və məqsəd regionda, iki dövlət arasında sülh və təhlükəsizliyin təşviqi, etimadın bərpası və dövlət sərhədinin delimitasiyasıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər