Cozef Borrell: "Ukraynalı uşaqların rus hərbçiləri tərəfindən qaçırılması növbəti hərbi cinayətdir"
"Ukraynalı uşaqların rus hərbçiləri tərəfindən qaçırılması növbəti hərbi cinayətdir".
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borrell bəyan edib.
"Rusiya qüvvələri tərəfindən Ukraynadan uşaqların sistematik şəkildə oğurlanması ilə bağlı kütləvi vəhşiliklər barədə xəbərləri üzə çıxarmaqda davam edirik. Əgər təsdiqlənsə, bu, növbəti hərbi cinayətə bərabər olacaq. Bunun cəzasız qalmamasına dair mübarizə gücləndirilməlidir. Biz bunu necə edəcəyimizi artıq müzakirə etmişik", - Avropa Komissiyasının vitse-prezidenti bildirib.
Ukrayna mətbuatının məlumatına görə, oktyabrın 13-də məlum olub ki, ayın əvvəlindən Rusiya hərbçiləri Xersondan qanunsuz olaraq 170 uşağı aparıblar.
KİV-in məlumatına görə, Rusiya Federasiyası Ukrayna ərazisindən uşaq qaçırmaqda davam edir. Bundan əlavə, onlar Mariupoldan olan 1000-dən çox uşağın rus ailələrinə verildiyini qeyd edirlər.


