27 
Okt
2022
15:31
389

ABŞ NATO-nun Avropadakı hərbi bazalarında yenilənmiş nüvə bombalarının yerləşdirilməsi prosesini sürətləndirib

ABŞ NATO-nun Avropadakı hərbi bazalarında yenilənmiş nüvə bombalarının yerləşdirilməsi prosesini sürətləndirib.

InterPress.ge xəbər verir ki, Politico bu barədə ABŞ diplomatik mənbəsinə istinadən yazıb.

Məlumata görə, təkmilləşdirilmiş “Bi61-12” qravitasiya bombasının yerləşdirilməsi gələn ilin yazında planlaşdırılırdı, ancaq bu ilin dekabrında yerləşdiriləcək.

“Politico”nun yazdığına görə, qərar ABŞ və müttəfiqlərinin bombardmançı və qırıcılarının potensial istifadəsi üçün köhnə silahların yenilənməsinə yönəlib.

“Bu, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməklə hədələdiyi gərginlik fonunda baş verir. ABŞ proqramı Almaniya, İtaliya, Belçika, Hollandiya və Türkiyədəki hava bazalarında saxlanılan 100-ə yaxın bomba da daxil olmaqla bir neçə əvvəlki versiyanı əvəz etməyi hədəfləyir”, - Politico yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər