27 
Okt
2022
15:35
438

Rusiyada yeni avtomobillərin istehsalı azalıb

Rusiyada sentyabrda yeni avtomobillərin istehsalı əvvəlki ilin eyni ayı ilə müqayisədə 72% azalıb. Ümumilikdə, ötən ay Rusiyada 29,1 min yeni avtomobil istehsal edilib, əvvəlki ilin sentyabrında bu rəqəm 102,9 min olub.

InterPress.ge xəbər verir ki, oxşar tendensiya yük və kommersiya avtomobillərinin istehsalında da müşahidə olunur. 

Sentyabrda Rusiya 5100 yük maşını və 6600 yüngül kommersiya avtomobili istehsal edib, keçən il müvafiq olaraq 7000 və 13500 ədəd istehsal olunub. Bundan əlavə, avtobusların istehsalı 200 ədəd azalaraq 1100 ədədə enib.

Ümumilikdə bu il Rusiyada 355,8 min avtomobil istehsal olunub ki, bu da əvvəlki ilin 9 ayı ilə müqayisədə 64,5% azalma deməkdir. Bu müddət ərzində 44 min yük maşını və 8600 avtobus istehsal edilib, yüngül kommersiya nəqliyyatı üçün isə onların sayı 62,3 min ədəd təşkil edir.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər