30 
Okt
2022
22:21
301

NATO Moskvanı "taxıl sazişi"ni yeniləməyə çağırır

NATO Moskvanı BMT-nin vasitəçiliyi ilə Ukraynaya Qara dəniz vasitəsilə taxıl ixrac etməyə imkan verən sazişi dərhal yeniləməyə çağırır. 

InterPress.ge xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Oana Lunqesku məlumat verib

Onun sözlərinə görə, prezident Putin ərzaqdan silah kimi istifadəni dayandırmalı və Ukraynada qeyri-qanuni müharibəyə son qoymalıdır.

"Biz Rusiyanı qərara yenidən baxmağa və qidaya ən çox ehtiyacı olanlara çatmağa imkan verəcək razılaşmanı dərhal yeniləməyə çağırırıq”, - deyə o bildirib.

Alyansın sözçüsü bildirib ki, bütün NATO müttəfiqləri Türkiyənin köməyi ilə əldə olunan razılaşmanı alqışlayıblar.

Məlumat üçün bildirək ki, Rusiya Müdafiə Nazirliyi oktyabrın 29-da Rusiya Qara Dəniz Donanmasının gəmilərində baş verən partlayışları “terror hücumları” adlandırıb və onların “Nöyük Britaniya mütəxəssislərinin rəhbərliyi altında” həyata keçirilməsində ukraynalıları günahlandırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər