Ukrayna Hərbi Hava Qüvvələri: Rusiyaya məxsus 50 raketdən 44-nü vurduq
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı hava hücumundan müdafiə qüvvələrinin bu gün səhər saatlarında 44 Rusiya qanadlı raketini vurmağa müvəffəq olduğunu açıqlayıb.
InterPress.ge xəbər verir ki, ümumilikdə Rusiyanın 50-dən çox raket buraxdığı bildirilib.
Komandanlıq bildirib ki, oktyabrın 31-də yerli vaxtla səhər saat 7-dən etibarən Rusiya qüvvələri Ukraynanın mühüm infrastruktur obyektlərinə bir neçə dəfə raket hücumu həyata keçirib.
Tu-95/Tu-160 strateji aviasiyasının X-101/X-555 qanadlı raketləri Xəzər dənizinin şimal hissəsindən, həmçinin Rostov vilayətinin Volqodonsk şəhərindən atılıb.
"Hərbi Hava Qüvvələri 44 qanadlı raketi məhv edib. "Mərkəz" Hərbi Hava Komandanlığı zonasında 18, "Cənub" Hərbi Hava Komandanlığı zonasında - 12, "Şərq" Hərbi Hava Komandanlığı zonasında- 9, "Qərb" Hərbi Hava Komandanlığı sonasında isə - 5", - bəyanatda deyilir.
Bu gün səhər saatlarında Ukraynanın demək olar ki, bütün ərazisində hava xəbərdarlığı elan edilib - Ukrayna mətbuatının məlumatına görə, işğalçılar bir neçə şəhərə hava zərbələri endirib, o cümlədən mühüm infrastruktur obyektlərini bombalayıblar.
Rəsmilərin məlumatına görə, Kiyevdə də partlayış səsləri eşidilib. Anton Qeraşenkonun sözlərinə görə, şəhər miqyasında azı 3 partlayış olub, 40-a yaxın qanadlı raket atılıb. “Ukrainska Pravda” yazır ki, Poltava və Vinnitsada hava hücumundan müdafiə sistemi işə salınıb.


