03 
Nybr
2022
10:44
378

Türkiyə İsraillə münasibətləri davam etdirmək istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, seçkinin nəticələrindən asılı olmayaraq, Türkiyə İsraillə qarşılıqlı anlaşmaya əsaslanan münasibətləri davam etdirmək istəyir. 

InterPress.ge xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.

Məlumata görə, Ərdoğan bu barədə Türkiyə mətbuatına müsahibəsi zamanı danışıb.

Qeyd edək ki, İsraildə keçirilən parlament seçkilərində keçmiş baş nazir Benyamin Netanyahunun koalisiyası liderlik edir və belə görünür ki, İsrail tarixdə ən ultrasağ koalisiyaya sahib olacaq.

Türkiyə ilə İsrail arasında münasibətlərin istiləşməsi çərçivəsində 2008-ci ildən sonra İsrail prezidenti Yitzhak Hersoq bu il ilk dəfə Ankaraya səfər edib. İki ölkə arasında münasibətlər 2010-cu ildə Qəzza zolağına girən türk gəmisində İsrailin keçirdiyi xüsusi əməliyyatda Türkiyə vətəndaşlarının öldürülməsindən sonra gərginləşib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər