04 
Nybr
2022
11:57
247

İsrailin hazırkı baş naziri Benyamin Netanyahunu təbrik etdi

İsrailin baş naziri vəzifəsini icra edən Yair Lapid ölkə hökumətinin keçmiş başçısı Benyamin Netanyahunu seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə “BBC” yazıb.

Nəşrin yazdığına görə, Lapid Netanyahu ilə telefonla əlaqə saxlayıb, ona uğurlar arzulayıb və hakimiyyətin ötürülməsi prosesinin bütün qaydalara uyğun baş tutacağına söz verib.

Seçkilərin yekun nəticələrinə görə, Benyamin Netanyahunun Likud partiyası və onların ortaqları olan ifrat sağçı və dini qüvvələr İsrailin 120 yerlik Knessetində 64 yer qazanıb.

Beləliklə, baş nazirin vəzifəsindən azad edilməsindən 14 ay sonra Benyamin Netanyahu ölkə hökumətinə qayıdır.

BBC-nin məlumatına görə, Netanyahuya qarşı rüşvət və fırıldaqçılıq işi açılıb və gələn həftə davam etdiriləcək. Netanyahui ittihamları rədd edir.

Qələbəsindən sonra Netanyahu istisnasız olaraq bütün İsrail vətəndaşlarının qayğısına qalacaq bir hökumət quracağına söz verib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər