04 
Nybr
2022
14:56
295

Almaniya kansleri Çindən Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya təsir etməyi xahiş edir

Almaniya kansleri Olaf Şolz Çindən Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə etməyi xahiş edir. 

InterPress.ge xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" nəşri yazıb.

Çində kansler ölkənin lideri Si Cinpin və baş nazir Li Keçyanla görüşüb. Olaf Şolzun Çinin baş naziri ilə görüşü zamanı dediyinə görə, Çin və Almaniya hakimiyyəti Rusiyanın nüvə təhlükəsinin qəbuledilməz olduğu barədə razılığa gəliblər.

“Prezident Si Cinpin və mən razıyıq kı, nüvə təhdidləri məsuliyyətsiz və son dərəcə təhlükəlidir. Rusiya nüvə silahından istifadə etməklə beynəlxalq ictimaiyyətin birgə cızdığı xətti keçəcək”, - Şolz bildirib.

Olaf Şolzun sözlərinə görə, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünya sülhünə də cavabdehdir.

"Mən prezident Si Cinpinə dedim ki, Çinin Rusiyaya təsir etməsi vacibdir", - Almaniya lideri bildirib.

Olaf Şolz Çinə səfəri yaxşı və düzgün qərar adlandırıb. 

"Bu gün burada, Pekində olmağım yaxşı və düzgündür" - Şolz qeyd edib.

Onun sözlərinə görə, Ukraynada davam edən müharibənin yaratdığı böhran zamanı danışıqlar daha da vacibdir. 

“Rusiyanın Ukraynaya müdaxiləsi Avropaya yenidən müharibə gətirdi. Böhran zamanı danışıqlar daha vacibdir".

Olaf Şolz Çinə səfəri zamanı azlıqların qorunmasının zəruriliyindən danışıb və insan hüquqlarının universal olduğunu qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər