Ceyhun Bayramov: "Azərbaycan sülh gündəminə sadiqdir, təəssüf ki, Ermənistan bu istiqamətdə ciddi addımlar atmır"
"Azərbaycan sülh gündəminə sadiqdir. Bu istiqamətdə danışıqları davam etdirmək lazımdır və Azərbaycan buna hazırdır”.
InterPress.ge xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, Ermənistan münasibətlərin normallaşmasına cavab vermir və bu istiqamətdə ciddi addımlar atmır.
“Təəssüf ki, proses ləngiyir. Erməni tərəfi münasibətlərin normallaşması üçün heç bir cavab addımı atmır, ciddi əməli addımlar görmürük. Üçtərəfli bəyannamənin şərtlərinə zidd olaraq, erməni birləşmələri hələ də ərazilərdən tam çıxarılmayıb, mina təhlükəsi hələ də mövcuddur və bununla bağlı Ermənistan tərəfindən minalanmış ərazilərin dəqiq xəritələri təqdim edilməyib. Bu yay məlum oldu ki, Ermənistan Laçın ətrafındakı əraziləri minalayıb. Bu, Ermənistanın təxribatlarını davam etdirdiyinə sübutdur”, - deyə Azərbaycanın xarici işlər naziri bildirib.


