Rusiya işğalçı qüvvələri Ukraynanın Xarkov vilayətində yaşayış məntəqələrinə hücum edib
Rusiya işğalçı qüvvələri Ukraynanın Xarkov vilayətində yaşayış məntəqələrinə hücum edib.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Məlumata əsasən, Kupyansk rayonunda yaşayış evi bombalanıb. İnsanların dağıntılar altında qalması ehtimalı olduğundan hadisə yerinə xilasedicilər cəlb edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, Rusiya hərbçiləri Kupyansk şəhərinin mülki infrastrukturuna iki raket hücumu həyata keçirib.
Ötən gün və gecə ərzində Ukraynanın Sumı vilayəti Rusiya işğalçı qüvvələri tərəfindən 3 dəfə bombardman edilib. Yaşayış məntəqələrinə qarşı artilleriya və minaatanlardan istifadə edilib. Eyni zamanda, Ukrayna ordusu düşmənin canlı qüvvəsinin cəmləşdiyi yerləri bombalayıb, 20-yə yaxın texnikanı, üç döyüş sursatı anbarını və iki komanda məntəqəsini məhv edib. Ukrayna Silahlı Qüvvələrinin aviasiyası işğalçı qüvvələrin canlı qüvvəsi və zenit-raket komplekslərinə qarşı altı hücum həyata keçirib.


