21 
Nybr
2022
11:08
222

İranda aksiya zamanı gənc fəallar saxlanılıb

Son günlər İranda və Güney Azərbaycan şəhərlərində genişlənən həbslərin davamında Təbrizdə daha bir neçə milli fəal saxlanılıb.

InterPress.ge xəbər verir ki, Aytək Qurbani, Vida Əkbəri, Sayna Xərazi, Səmanə Babazadə, Hüseyn Dani, Rza Ünsi, Elyar Qəffari, Arəş İsmayılzadə və Armin Bibak adlı fəallar həbs edilib.

Onların dəqiq ittihamları və saxlanılma şəraitləri barədə məlumat verilmir.

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində isə daha iki milli fəal Əlirza Cabbari və Əli Talibi hökumət məmurları tərəfindən saxlanılıb.

Onların həbs səbəbləri dəqiq bilinməsə də, son günlər Xoy şəhərində yenidən baş qaldıran etiraz aksiyalarında iştirak etdiklərinə görə saxlanıldıqları ehtimal edilir.

Bildirilir ki, Əmin Sadiqi və Araz İbadnəjad Təbrizin Şahnaz küçəsində hökumət məmurları tərəfindən saxlanılıb.

Bununla yanaşı Atilla Zare, Məhəmməd Cavidi, Əmir Şimali, Zəhra Saleh, Rza Əmiri adlı fəallarda həbs ediliblər.

Onların hökumət məmurları tərəfindən öldürülüən Aylar Həqqini  noyabrın 18-də Təbrizdə keçirilən dəfn mərasimində iştirak etdikləri üçün saxlanıldıqları ehtimal edilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər