Ukraynanın 1888 yaşayış məntəqəsi Rusiya işğalından azad edilib
Ukraynalı müdafiəçilər 1888 yaşayış məntəqəsini Rusiya işğalından azad edib.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib.
"Fevralın 24-də Rusiya bizə qarşı total müharibəyə başladı. Bu sağ qalma savaşıdır. Sadəcə olaraq, rusların zərbələri nəticəsində yüzlərlə şəhər və kəndimiz tamamilə yandı.
Biz artıq 1888 yaşayış məntəqəsini işğaldan azad edə bilmişik. Amma Ukraynanın demək olar ki, çoxlu şəhər və kəndləri işğal altındadır. Bu isə o deməkdir ki, indi Ukraynanın döyüş meydanında milyonlarla insanın taleyi həll olunur. Milyonları xilas etmək olar”, - Zelenski bildirib.
Onun sözlərinə görə, onların Ukrayna xalqını Rusiya işğalında, filtrasiya düşərgələrində və yüz minlərlə ukraynalının zorla köçürüldüyü Rusiya ərazisində qoymağa haqqı yoxdur.
Zelenski qeyd edib ki, Qərbin Ukraynaya dəstəyi siyasət deyil, həyatdır.


