09 
Dek
2022
22:58
390

Anri Oxanaşvili: "Biz kimisə vətəndaşlıqdan məhrum etməklə hədələmirik"

Heç kim kiminsə vətəndaşlıqdan məhrum edilməsi məsələsini qaldırmayıb, bu, gündəmdə deyil, gəlin bu məsələni yekunlaşdıraq.

InterPress.ge xəbər verir ki, bu barədə Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili Ukraynada döyüşən gürcülərlə bağlı jurnalistlərə bildirib.

"Müəyyən kampaniya nəzərdə tutulurdu, orada Milli Hərəkatın izlərini görürük. Biz kimisə vətəndaşlıqdan məhrum etməklə hədələmirik. Təsəvvür edin kimsə Rusiya Federasiyasının hərbi xidmətə gedirsə, o, Gürcüstan vətəndaşlığını itirməlidir, ya yox? Mən qanuni şəkildə izah etdim. Bizə sual verilməyəcək, kiminsə vətəndaşlıqdan məhrum edilməsi məsələsi qoyulmayacaq... Əksinə, o insanlar ki, vicdanla cəbhədə olub, kameralar qarşısına keçmirlər, döyüşürlər, bu, doğrudan da qəhrəmanlıq hərəkətidir. Bu haqda yayılan məlumatlar dezinformasiya və yalandır. Bu məsələ gündəmdə deyil. Sual verildi ki, qanunvericilik nəyi nəzərdə tutur, cavab da verildi. İndi bu məsələni bitirək, nəyə nail olmaq istəyirsiniz?! Biz ölkəmizin konstitusiyasına, beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq, ölkəmizin maraqlarından asılı olaraq hərəkət edəcəyik. Əgər beynəlxalq müqavilə konstitusiyamıza uyğundursa, biz konvensiyaları və ölkəmizin konstitusiyasını rəhbər tutacağıq. Bu məsələ gündəmdə deyil, niyə o məsələni aktivləşdirmək istəyirsiniz?”, - Oxanaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər