13 
Dek
2022
20:51
461

Rafael Qluksman: "Saakaşviliyə nəsə olsa Avropadan ala biləcəyiniz hər şeyi unudun"

Əgər həbsxanada Mixail Saakaşvilinin başına nəsə gəlsə, buna görə tam məsuliyyəti hökumət nümayəndələri daşıyacaq. Saakaşviliyə nəsə olsa Avropadan ala biləcəyiniz hər şeyi unudun. 

InterPress.ge xəbər verir ki, bu barədə Avropa parlamentarisi Rafael Qluksman deyib.

Onun sözlərinə görə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Avropaya getməsinə və orada müalicə olunmasına icazə verilməlidir.

“Bu məsələ birbaşa namizədin statusu ilə bağlıdır. Əgər Gürcüstan hökuməti namizəd statusu istəyirsə, o zaman ilk və əsas addım Mixail Saakaşviliyə Avropaya getmək və orada müalicə almaq imkanı vermək olmalıdır. Əgər həbsxanada Mixail Saakaşvilinin başına nəsə gəlsə, buna görə tam məsuliyyəti hökumət nümayəndələri daşıyacaq. Belə olan halda Avropadan ala biləcəyiniz hər şeyi unudun. Əgər siz Gürcüstanı Avropada istəyirsinizsə və biz hamımız bunu istəyiriksə, o zaman Mişanın işi bu yolda atılan kiçik addımdır”, - deyə Rafael Qluksman bildirib.

Bizimlə əlaqə saxlayın