21 
Dek
2022
20:56
338

Viktor Orban: "Avropa yavaş-yavaş müharibəyə doğru irəliləyir"

Macarıstanın baş naziri Viktor Orban 2023-cü ildə Ukraynada davam edən müharibəyə öz yanaşmasını davam etdirəcəyini vəd edir. 

InterPress.ge xəbər verir ki, Viktor Orban bu barədə ilin yekun mətbuat konfransında məlumat verib.

Orban hökumətinin bu il əldə etdiyi ən böyük nailiyyətlərdən birinin Macarıstanın Ukraynada davam edən müharibədən “uzaq qala bilməsini” adlandırıb.

Onun sözlərinə görə, bu müharibədə yeganə uduzan Orbanın hesab etdiyi ölkələr - Ukrayna və Rusiya, eləcə də iqtisadi tənəzzülə uğramış və sanksiyalardan əziyyət çəkən Avropadır.

“Avropa yavaş-yavaş müharibəyə doğru irəliləyir. Silahı tədarük edən- topuğa qədər, əsgərləri öyrədən- belinə qədər, bütün ölkəni döyüşə öyrədən- qulağa qədər döyüşün içindədir” deyən Orban ümidvar olduğunu bildirib. 

Onun sözlərinə görə, Macarıstan gələcəkdə də kənarda qalacaq, lakin Ukraynadan olan qaçqınlara humanitar yardım göstərəcək.

Orban müstəqil və suveren Ukraynanın mövcudluğunu Macarıstanın milli maraqlarına uyğun hesab etdiyi barədə əvvəlki bəyanatını da təkrarlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər