Böyük Britaniya Ukraynaya hərbi yardım edəcək
Böyük Britaniya Ukraynaya tanklar ötürməyi planlaşdırır.
InterPress.ge xəbər verir ki, bu barədə “Financial Times” hökumət sözçüsünə əsaslanaraq məlumat dərc edir.
Xüsusilə, Britaniya hökumətinin sözçüsü jurnalistlərlə söhbətində bildirib ki, baş nazir Rişi Sunak müdafiə naziri Ben Uollesdən növbəti bir neçə həftə ərzində irəli getmək və Ukraynaya yardımı sürətləndirmək üçün “tərəfdaşlarla işləməyi” istəyib.
“Biz bu müharibədə qalib gəlməyə kömək edəcək yeni nəsil hərbi texnologiyanı çatdırarkən Ukraynaya yardımımızı gücləndiririk. Aydındır ki, döyüş tankları ukraynalılara oyun qaydalarını dəyişmək şansı verə bilər”, - hökumət sözçüsü bildirib.
Nəşr ehtimal edir ki, söhbət Britaniya istehsalı olan və Britaniya ordusu ilə silahlanmış “Challenger 2” tanklarından gedir.


