12 
Yan
2023
20:46
287

Nikol Paşinyan İrakli Ğaribaşvili ilə görüşündən sonra: "Əldə olunan razılaşmalar Ermənistan-Gürcüstan münasibətlərinə yeni məzmun qatacaq"

Əminəm ki, iki ölkənin hökumətlərarası iqtisadi komissiyasının iclası çərçivəsində əldə olunan razılaşmalar Ermənistan-Gürcüstan münasibətlərinə yeni məzmun qatacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətlərarası iqtisadi komissiyanın iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, görüşdə tərəflər müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, rabitə, texnologiya, səhiyyə, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

“Baş nazir, hörmətli iştirakçılar, həmkarım İrakli Ğaribaşvilini və onun nümayəndə heyətini Ermənistan-Gürcüstan İqtisadi Əməkdaşlıq Şurasının 12-ci sessiyasında iştirak etmək üçün İrəvanda salamlamaqdan məmnunam. Bugünkü görüşə baş nazirlərin sədrlik etməsi iki ölkə arasındakı əlaqələrin əhəmiyyətindən xəbər verir.

Uzun fasilədən sonra 2019-cu ildən indiyədək üç hökumətlərarası görüş keçirilib ki, bu da əlaqələrimizi daha da dərinləşdirəcək. Hər iki tərəf bizim qoyduğumuz bütün şərtləri yerinə yetirib. Bu günün gündəliyi çox genişdir və müxtəlif sahələri, nəqliyyat, rabitə, texnologiya, səhiyyə, kənd təsərrüfatı və digər sahələri əhatə edir.

Əminəm ki, sessiya çərçivəsində əldə olunan razılaşmalar Ermənistan-Gürcüstan münasibətlərinə yeni məzmun qatacaq. Biz cənab Baş nazirlə təhlükəsizlik və regional məsələləri müzakirə edəcəyik. Bu kimi məsələlərdə qarşılıqlı anlaşma var ki, bu da ölkələrimiz arasında mövcud münasibətlərdən irəli gəlir.

İcazə verin, bütün razılaşmaların həyata keçirilməsində uğurlar arzulayım və əminəm ki, biz münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracağıq, dərinləşdirəcəyik”, - Nikol Paşinyan bildirib.

Məlumatı hökumətin mətbuat xidməti yayıb.

Bizimlə əlaqə saxlayın