Ukrayna prezidenti 3 ölkənin 198 vətəndaşına sanksiya tətbiq etdi
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyası, Ukrayna və Belarusun 198 vətəndaşına qarşı sanksiya tətbiq edib.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazır.
Ukrayna mətbuatının qeyd etdiyinə görə, bu barədə dövlət başçısının 15 yanvar tarixli sərəncamında deyilir.
Sanksiyalar 10 il müddətinə tətbiq edilir.
Sanksiyalar, o cümlədən, vətənə xəyanətdə şübhəli bilinən Viktor Medvedçukun telekanallarında işləyən rusiyayönlü jurnalist Diana Pançenkoya qarşı tətbiq edilib. Pançenkodan başqa, daha 7 Ukrayna vətəndaşına qarşı sanksiyalar tətbiq edilib.
Rusiyalı rejissor Andrey Konçalovski və rusiyalı müğənni Yuri Lozaya qarşı da sanksiyalar tətbiq edilib. Sanksiya siyahısına rusiyalı “jurnalist” və tənqidçi Sergey Sosedov, həmçinin Donbasda yaralanan hərbi müxbir Semyon Peqov da daxildir.
Yerli təbliğatçı Qriqori Azarenok da daxil olmaqla dörd Belarus vətəndaşına qarşı da sanksiyalar tətbiq edilib.


