29 
Yan
2023
16:05
178

Moldovanın baş nazirinin müavini Gürcüstana səfər edəcək

Yanvarın 30-31-də Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axvledianinin dəvəti ilə Moldova Respublikasının Baş nazirinin müavini Oleq Serebrian Gürcüstanda işgüzar səfərdə olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Nazirinin Aparatı məlumat verib.

Məlumata görə, səfərin məqsədi Dövlət Naziri Aparatı ilə Moldova Respublikasının Reinteqrasiya Bürosu arasında əməkdaşlığı dərinləşdirmək, habelə Gürcüstan hökumətinin digər aidiyyəti qurumları ilə əlaqələri inkişaf etdirməkdir və gələcək əməkdaşlıq üçün addımları müəyyən etməkdir.

Səfər çərçivəsində Moldovanın baş nazirinin müavini Gürcüstanın baş naziri və digər hökumət üzvləri, parlamentin sədri, ərazi bütövlüyünün bərpası və işğaldan azad edilməsi məsələləri üzrə müvəqqəti komissiyanın rəhbəri ilə görüşlər keçiriləcəyi və görüşdə digər parlamentarilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekspertlərin iştirakı planlaşdırılır. Səfər çərçivəsinə Sxinvali rayonu istiqamətində işğal xəttinə baş çəkmək də daxildir.

“Görüşlər çərçivəsində münaqişənin sülh yolu ilə həlli məsələləri ilə bağlı Gürcüstan təcrübəsinin bölüşdürülməsi və Gürcüstan hökumətinin hazırkı sülh siyasəti ilə tanışlıq, eləcə də Gürcüstanın işğal olunmuş rayonlarında və Moldova Respublikasının Dnestryanı bölgəsində mövcud vəziyyət barədə məlumat mübadiləsi planlaşdırılır”-məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın