03 
Fev
2023
19:04
627

Ukraynanın Ali Radasında Mixeil Saakaşvili ilə bağlı qanun layihəsi qeydiyyatdan keçirilib

Ukrayna Ali Radasında Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xaricə müalicəyə göndərilməsi ilə bağlı qərar layihəsi qəydiyyatdan keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Ukraynanın hakim partiyası olan “Xalqın xidmətçisi”nin sədri Yelena Şulyak “Telegram”da şəxsi kanalında məlumat yayıb.

“Ukrayna Ali Radasının Gürcüstana, Avropa Parlamentinə, Avropa Şurasına, Avropa Komissiyasına, Avropa Şurası Parlament Assambleyasına və Avropa İttifaqına üzv dövlətlərin parlamentlərinə Mixail Saakaşvilinin dərhal xaricə köçürülməsi ilə bağlı 8417 saylı qətnamə layihəsi parlamentdə qeydiyyatdan keçib”, – Şuliak yazıb.

Bu sənədi Ali Radanın 90 deputatı imzalayıb.

Şuliak onu da qeyd edib ki, Gürcüstanın üzvü olduğu Avropa Şurası Parlament Assambleyası 2022-ci ildə qəbul etdiyi 2463 saylı qətnaməsində Saakaşvilinin də daxil olduğu Rusiyanın işğal siyasətinə qarşı çıxan siyasi məhbusların işlərinə yenidən baxılaraq azadlığa buraxılmasını istəyib.

“Gürcüstanın keçmiş prezidenti və hazırkı Ukrayna vətəndaşının vəziyyəti hazırda ağırdır. Ona görə də gürcü tərəfi lazımi tibbi yardım göstərməli, həmçinin onun müalicə üçün Avropa və ya Amerika klinikalarından birinə köçürülməsinə şərait yaratmalıdır”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər