"Vətənə qayıdan Gürcüstan vətəndaşları üçün karantin ləğv edilsin"
Turizm sektoru növbəti aksiyasını "Turizmi xilas edək" adı altında keçirəcək.
InterPress.ge xəbər verir ki, bu haqda turizm şirkəti "Trafik travel" məlumat yayır.
Məlumatda bildirilir:
"15 iyul tarixində bizim "Turizmi xilas edək" adlı böyük aksiyamız baş tutacaq.
Aksiya turizm birliyi ilə bütün seqmentlərlə baş tutacaq. Aksiyanın formatı dinc və heç bir partiyanın iştirakı olmadandır. Bizim tələblərimiz dəyişməz olaraq qalır.
Requlyar uçuşlar bərpa edilsin ( Yalnız covid təhlükəsi olmayan ölkələr üçün).
Karantin zonaları ləğv edilsin.
Bilirsiniz ki, hökümət 5 ölkə ilə sərhədləri açır. Bu açıqlamadan sonra bizim leqitimik və məntiqli tələblərimiz artdı.
1. Çarter yox Requlyar uçuşlar bərpa edilsin.
2. Requlyar uçuşları uğurla həyata keçirən avia şirkətləri geri qaytarsın.
3. Vətənə qayıdan Gürcüstan vətəndaşları üçün karantin ləğv edilsin.
4. Requlyar uçuşların tarixləri vaxtında açıqlansın.
Ölkənin və özəl sektorun reputasiyasına diqqət edək.
Aksiya saat 12:00-da Şavteli küçəsində başlayacaq. Daha sonra isə dövlət dəftərxanasına doğru yürüş baş tutacaq", - deyə elanda yazılıb.