11 
Fev
2023
23:46
389

AFAD: "Türkiyədə 7,7 bal gücündə zəlzələ 500 nüvə bombasının gücünə bərabərdir "

Türkiyədə 7,7 bal gücündə zəlzələ 500 nüvə bombası qədər güclü olub. 

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə Qəza və Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin Zəlzələ Riskinin Azaldılması Departamentinin baş direktoru Orxan Tatar məlumat verib.

“Bölgədə lava və neft axını yoxdur. Bu, zəlzələ nəticəsində yaranan kütləvi hərəkətdən başqa bir şey deyil. Vulkan püskürməsi yarada biləcək struktur qaya qrupları yoxdur. 7,7 bal gücündə zəlzələnin buraxdığı enerji 500 atom bombası ilə eyni təsirə malikdir”, - deyə Orxan Tatar bildirib.

Xatırladırıq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində, eləcə də Suriyada bir neçə şəhərdə 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Son məlumatlara görə, ölənlərin sayı 25 minə qədərdir. Xilasetmə əməliyyatları hələ də davam edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər