Yunanıstan prezidenti: "Yunanıstan Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasını dəstəkləyir"
"Şadam ki, bu gün sizinlə görüşmək imkanım var, biz Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasını dəstəkləyirik”
InterPress.ge xəbər verir ki, bu sözləri Yunanıstan prezidenti Katerina Sakellaropoulou Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri İliya Darçiaşvili ilə görüşündə bildirib.
Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edildiyi kimi, Yunanıstan prezidenti iki ölkənin tarixi bağlarını və çoxəsrlik dostluq əlaqələrini xüsusi vurğulayıb.
Bundan əlavə, nazirliyin məlumatına görə, Yunanıstanın Cənubi Qafqaz regionunda baş verən hadisələri diqqətlə izlədiyi qeyd edilib.
Görüş çərçivəsində Gürcüstan XİN rəhbəri bildirib ki, sözügedən səfər Gürcüstan və Yunanıstan arasında ikitərəfli münasibətlərə yeni təkan verəcək.
“Biz xalqlarımız arasında çox isti münasibətlərin olmasını yüksək qiymətləndiririk. Xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq, ölkələrimizin mədəniyyətini daha da göstərmək üçün gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Əminəm ki, yaxın gələcəkdə bununla bağlı maraqlı və konkret addımlarımız olacaq”, - deyə xarici işlər naziri bildirib.
Bundan əlavə, İlia Darçiaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də Avropa və Avro-Atlantik məkana inteqrasiyasını qətiyyətlə dəstəklədiyinə görə Katerina Sakelaropoulouya təşəkkür edib.
Qeyd edək ki, fevralın 15-16-da Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Yunanıstanda rəsmi səfərdə olub. Səfər çərçivəsində İliya Darçiaşvili Yunanıstan Prezidenti Katerina Sakellaropoulou və Xarici İşlər Naziri Nikos Dendia ilə görüşlər keçirib.


