03 
Sen
2026
17:15
62

Avqustda ən çox hansı məhsullar bahalaşıb?

2026-cı ilin avqustunda Gürcüstanda inflyasiya əvvəlki ayla müqayisədə 0,4 faiz, illik inflyasiya isə 5,6 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin (“Sakstat”) hesabatında qeyd olunub.

“Sakstat”ın məlumatına görə, baza inflyasiyası 2026-cı ilin avqustunda ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz olub. Tütün məhsulları nəzərə alınmadan illik baza inflyasiyası isə 3,6 faiz təşkil edib.

Milli Statistika Xidmətinin məlumatına əsasən, ötən ay illik ifadədə ən çox bahalaşan məhsulların siyahısına pomidor başçılıq edib. Pomidorun qiyməti 57,5 faiz artıb.

“BusinessPress”in məlumatına görə, avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə ən çox bahalaşan 10 məhsul və xidmət bunlardır:

  • Pomidor – 57,5%

  • Qəzet – 45,4%

  • Soğan – 43%

  • Dizel yanacağı – 40%

  • Nikah üçün 958 əyarlı qızıl üzük – 36,5%

  • Kələm – 31%

  • Jurnal – 30%

  • Təyyarə ilə sərnişindaşıma – 30%

  • Elektrik enerjisi haqqı – 25%

  • Hisə verilmiş balıq – 23%

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər