21 
Fev
2023
11:17
205

Avropa İttifaqının Gürcüstandakı monitorinq missiyasının rəhbəri vəzifəsinin icrasına başlayıb

Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasının yeni rəhbəri Dimitrios Karabalis öz vəzifəsinin icrasına başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə  Aİ-nin Gürcüstandakı nümayəndəliyindən məlumat verilib.

“Avropa İttifaqının Monitorinq Missiyasında işləməyə başladığım üçün çox xoşbəxtəm və həyəcanlıyam. Bu il missiya Gürcüstanda 15 illiyini qeyd edir. Bununla belə, müşahidəçilərimiz Gürcüstanda və daha geniş regionda sabitliyi təşviq etmək kimi missiyanın məqsədinə çatmaq üçün birinci gün olduğu kimi həvəslidirlər. Belə həvəsli komandaya rəhbərlik etmək mənim üçün şərəfdir və onların çox vaxt çətin şəraitdə  belə öz işlərini davam etdirmələri üçün hər şeyi edəcəyəm”, - Aİ Monitorinq Missiyasının rəhbəri bildirib.

Aİ-nin Gürcüstandakı nümayəndəliyindən verilən məlumata görə, yunan diplomatı Avropa İttifaqı Şurası 2023-cü il yanvarın 31-də təyin edib. Dimitrios Karabalis Aİ-nin Monitorinq Missiyasına təyin olunmazdan əvvəl Yunanıstan Xarici İşlər Nazirliyinin Rusiya, Ukrayna, Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru olub. Karabalis 2017-2021-ci illərdə Yunanıstanın səfiri kimi Gürcüstanda birinci vəzifəni tutub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər