Kənd təsərrüfatı sahələrinin yandırılmasına görə torpaq sahibinə cərimə tətbiq olunacaq
Kənd təsərrüfatı sahələrinin yandırılmasına görə cəzalar sərtləşdirilir.
InterPress.ge xəbər verir ki, bu barədə ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya məlumat verib.
Dəyişikliyin məqsədi məhsul yığımından sonra kənd təsərrüfatı sahələrinin yandırılmasının və çəkindirici təsir yaratmaq kimi halların aradan qaldırılmasıdır.
“Son dövr ərzində Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin ətraf mühitin mühafizəsi ilə bağlı bir sıra mühüm təşəbbüsləri olub. Biz bu prosesi həm atmosfer havasının keyfiyyəti baxımından, həm də sənaye müəssisələri və nəqliyyat vasitələrindən atılan tullantılara nəzarət istiqamətində davam etdiririk. Hökumətin müzakirə etdiyi bu məsələ hər payızda, əsasən də Kaxeti bölgəsində müşahidə etdiyimiz problemlərdən biridir. Fermerlərin əkin sahələrini yandırması acı bir təcrübədir ki, bu da torpağa böyük ziyan vurur və bu yanğının yayılması baxımından çox böyük çətinliklərlə üzləşə bilərik. İndiyədək bizdə buna qarşı effektiv mexanizm yox idi və bu gün hökumət İnzibati Xətalar Məcəlləsinə Parlamentə təqdim olunacaq dəyişikliklər layihəsini təsdiqləyib”, - deyə Otar Şamuqiya bildirib.
Qanun layihəsinə əsasən, torpaq sahəsinin yandırılmasına görə - fiziki şəxslər üçün hər hektara görə 1000 lari, hüquqi şəxslər üçün isə 2000 lari məbləğində inzibati cərimə müəyyən ediləcək.


