Parlamentdə Novruz bayramının rəsmi bayram kimi qəbul edilməsi tələb edildi - VİDEO
Tariel Nakaidze azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.
InterPress.ge xəbər verir ki, o, bayram münasibətilə yaxşılıq, sağlamlıq və sülh arzulayıb.
Nakaidze iclasda etnik və dini azlıqlar üçün vacib olan günlərin istirahət günləri elan edilməsini dilə gətirib:
"Fürsətdən istifadə edərək Gürcüstanda yaşayan həmvətənlərimizin Novruz bayramını təbrik edirəm. Onlara firəvanlıq, tamhüquqlu vətəndaşlıq və sülh arzulayıram. Bəzi normaların qanunverici sahədə qeydə alınmasını və etnik və dini azlıqlar üçün vacib olan günlərin istirahət günləri elan edilməsini istəyirəm. Bu tribunadan kollektivlərimizin və hakimiyyətin yüksək rütbəli məmurlarının terminologiyalarını və müxəlif diskreditasiya məzmunlu terminlərini bir neçə dəfə tənqid etmişəm. Təəssüf ki, "rus qanunu"nu qəbul edən zaman da cənab Mdinaradze çox səhv termin işlətdi, bu isə faktiki olaraq müsəlman icmasının diskreditasiyası və diskriminasiyasını təşviq edir. O dedi ki, bu qanunun qəbul edilməsi vacib idi, çünki "radikal islamizmə" bununla qarşı çıxacaqdılar. Düşünürəm ki, bu termin düzdün deyildi və qorxunc idi. Bu istiqamətdə sözlərimizə və münasibətlərimizə fikir verməliyik".


