23 
Mar
2023
13:17
390

Rus-gürcü universitetinin yaradılması Rusiyada keçirilən forumda elan edilən növbəti təşəbbüsdür

Vizasız gediş-gəliş, uçuşların bərpası, şərabın sertifikatlaşdırılması laboratoriyası və rus-gürcü universitetinin yaradılması – Moskvada keçirilən iqtisadi forumda müzakirə olunan təşəbbüslər və planlar bunlar olub.

InterPress.ge xəbər verir ki, “Rusiya və Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafı perspektivləri” adı altında keçirilən forumun təşəbbüskarı Biznes Korporasiyası, MDB Parlament Komitəsi və “Sülh Naminə Həmrəylik” fondu olub.

Təşəbbüsə əsasən, rus-gürcü universiteti əvvəlcə Moskvada, sonra isə Tbilisidə açılmalıdır.

Hələlik rəsmi Tbilisi Rusiyada keçirilən görüşə münasibət bildirməyib. Gürcüstan hakimiyyətinin Tbilisi-Moskva birgə planlarına necə cavab verəcəyi məlum deyil.

Xatırladaq ki, Rusiyada forum keçirilib və orada “Rusiya ilə Gürcüstan arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri” haqqında danışılıb. Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dimitri Volvaçi qeyd edib ki, 2022-ci ildə Rusiya Gürcüstanın əsas ticarət tərəfdaşı olub, Dumanın deputatı Kalaşnikov isə Rusiya və Gürcüstanın hava hərəkətini bərpa etmək və vizaları ləğv etmək ərəfəsində olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın