Baş nazir: "31 mart referendumu müstəqil, müasir, Avropa dövlətinin qurulması üçün möhkəm zəmin yaradan hadisə kimi tariximizdə qalacaq"
"Düz 32 il əvvəl Gürcüstanın bütün əhalisi Gürcüstanın müstəqilliyinin bərpasının tərəfdarı olduqlarını dünyaya bəyan etdilər. Məhz martın 31-də keçirilmiş referendumun nəticələri 1991-ci il aprelin 9-da Ali Şura tərəfindən Müstəqillik Aktının qəbul edilməsinə əsas oldu. Bu gün Gürcüstanın ən yeni tarixində vətəndaş yekdilliyi baxımından nümunəvi gün oldu. Çoxmillətli ölkəmizin bütün ərazisində keçirilən referendumda xalqımız, o cümlədən abxaz və osetin soydaşlarımız müstəqil Gürcüstan ideyasını dəstəklədilər".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri “Facebook” sosial şəbəkəsində yazıb.
Hökumət başçısı qeyd edib ki, martın 31-i başqa səbəbdən də əlamətdardır, çünki bu gün referendumun banisi, prezident Zviad Qamsaxurdiyanın anadan olmasının 84-cü ildönümüdür.
"Martın 31-i başqa səbəbdən də əlamətdardır, çünki bu gün referendumun banisi, prezident Zviad Qamsaxurdiyanın anadan olmasının 84-cü ildönümüdür. Martın 31-də keçirilən referendum gürcülərin bütün nəsillərini birləşdirən məqsədə doğru irəliləyən müstəqil, müasir, Avropa dövlətinin qurulması üçün möhkəm zəmin yaradan hadisə kimi tariximizdə qalacaq”, - Baş nazir qeyd edib.


