10 
Apr
2023
23:54
1148

Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli saytlar çökdürüldü

Regionun 3 aparıcı azərbaycandilli xəbər portalı haker hücumu ilə qarşı qarşıyadır.

InterPress.ge xəbər verir ki, regionun azərbaycandilli saytları 24news.ge və Aktual.ge bir neçə dəqiqə öncə hakerlər tərəfindən çökdürüldü.

Saytların bərpası üçün hazırda tədbirlər görülür.

Qeyd edək ki, InterPress.ge xəbər portalına olacaq hər hansı bir hücumun qarşısının alınması üçün işlər aparılır.

Bizimlə əlaqə saxlayın