27 
Apr
2023
12:38
229

Zbiqnev Rau: Polşa gürcü cəmiyyətinin müstəqilliyə, azadlığa və sülhə nail olmaq istəyini həmişə birmənalı şəkildə dəstəkləyib

“Polşa Gürcüstan cəmiyyətinin müstəqillik, azadlıq və sülh, eləcə də suveren hüquqların inkişaf modeli, müttəfiqlik və inteqrasiya institutu seçmək istəyini həmişə birmənalı şəkildə dəstəkləyib”.

InterPress.ge xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau məlumat verib.

“Nazir İliya Darçiaşviliyə Gürcüstana işgüzar səfərə dəvət etdiyinə və dünya şöhrətli gürcü qonaqpərvərliyini göstərdiyinə görə təşəkkür etmək istərdim. Gürcüstan və gürcü cəmiyyəti ənənəvi olaraq Polşada böyük rəğbətə malikdir. Ölkələrimizin müstəqilliyi uğrunda mübarizə zamanı, həm də bu gün qurbanı Ukrayna, 2008-ci ildə isə Gürcüstan olan rus imperializminə qarşı birgə müqavimət zamanı formalaşan simpatiyaya mailkdir”, - nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər