15 
Iyn
2023
17:48
916

Bir neçə gün öncə Marneulidə qaçırılan qızın ailəsi danışdı: "Qorxurduq ki..."

Marneulinin kəndlərindən birində azyaşlı uşağı ərə verməyə məcbur edən iki nəfər - qızın atası və yeniyetmənin ərə verilməli olduğu 23 yaşlı oğlan saxlanılıb. 

InterPress.ge bu barədə Mtavari arxi-yə istinadən xəbər verir. 

Hər iki tərəf bunun sadəcə nişan olduğunu iddia edir. Onlar atanın mümkün zorakılığı da inkar edirlər. 

“Mənim nəvəm 10-cu sinif şagirdidir, onu necə evləndirək.. Sadəcə, çox oğlanlar nəvəmi, nəvəm isə başqa oğlanı bəyənib.. Biz də nəvəm də qorxurduq ki, kimsə onu qaçıra bilər, ona görə də biz nişanladıq.18 yaşına kimi olan həm qanunu, həm də qaydaları bilirik.Onunla evlənə bilməzdi.O da oxumaq istəyir və bu atasının da  istəyi idi.İndi məktəbdən şayiə yaydılar ki, atası onu döyüb, zorlayıb və evlənməsini istəyib.Bu cəfəngiyyatdır.Qız o oğlanla 9 aydır öz istəyi ilə nişanlanıb..Oğlumu da,o oğlanı da yalandan həbs ediblər”, - qızın nənəsi deyir.

İstintaqın hansı maddə ilə aparıldığı məlum olmasa da, hər iki şəxsin tutulması faktı Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənir.

Bizimlə əlaqə saxlayın