Marneulidə bıçaqlanma hadisəsi baş verdi - İki nəfər qadın yaralandı
Marneuli Bələdiyyəsinin kəndlərinin birində ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
InterPress.ge xəbər verir ki, əldə edilən məlumata görə, hadisə qeyri etik hərəkətlərə görə gəlin, qayın və qaynın yoldaşı arasında olub.
Mövcud məlumata görə, qardaş öz qardaşının yoldaşını bıçaqlamağa cəhd edib, bıçaqla yüngül xəsarət yetirib, daha sonra isə yerə yıxılan zərərçəkmiş qaynı tərəfindən butulka ilə vurulub. Butulka zərbəsi alan qadın əməliyyatlı olduğu üçün iç qanama keçirib.
Hazırda zərərçəkmiş xəstəxanaya qaldırılıb və vəziyyəti yaxşıdır.
Bundan sonra zərərçəkmişin qaynı arvadı özünə bir neçə dəfə bıçaq zərbəsi vurub. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, cinayətkar artıq saxlanılıb.


