18 
Iyn
2023
21:34
448

Parlamentin qarşısında aksiya keçirilir

“Ev heyvanlarını qoruyun” – bu şüarla parlament ərazisində ev heyvanlarının hüquqlarını müdafiə edənlərin və sahiblərinin qanunların sərtləşdirilməsini tələb etdiyi etiraz aksiyası keçirilir.

Vətəndaşlar əraziyə “Qanunları gücləndirin!”, “Qatil cəzalandırılsın!”, “Heyvanlara qarşı zorakılığa son”, “Heyvanlar üçün” yazıları olan plakatlar gətiriblər.

Aksiya təşkilatçılarının sözlərinə görə, onlar evsiz heyvanlara qarşı amansız davrananların hamısının cəzalandırılmasını tələb edirlər.

“Əsas tələbimiz cinayətkarların cəzalandırılması, qanunların sərtləşdirilməsi və bu ölkədə heyvanların kəsilməsinə birdəfəlik son qoyulmasıdır. Ona görə də biz parlamenti qanunu vaxtında qəbul etməyə və onu sərtləşdirməyə çağırırıq. Mən Daxili İşlər Nazirliyini son 10 gündə heyvanlara qarşı geniş yayılmış zorakılığın bütün günahkarlarını həbs etməyə çağırıram, əks halda aksiyalar məqsədə çatana qədər davam edəcək”, - deyə aksiyanın təşkilatçısı Mişa Kaçkaçişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər