Mədənçilər Parlament qarşısında çadır qurmağa hazırlaşırlar
Parlament binası qarşısında Çiatura mədəninin işçiləri aksiya keçirməkdə davam edirlər.
InterPress.ge xəbər verir ki, mədənçilərin sözlərinə görə, onlar qanunverici orqanın qarşısında gecələyəcəklər.
Mədənçilərdən biri Tariel Mikadzenin bildirdiyinə görə, tətilçilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə razılaşaraq parlament binası qarşısında çadırlar quracaqlar.
Mədənçilərin qeyd etdiklərinə görə, onlar hələ Tbilisidə aclıq aksiyasına başlamırlar.
Onların bildirirlər ki, cavab gözləyirlər və buna uyğun qərar verəcəklər.
Mitinq iştirakçılarının verdiyi məlumata görə, mitinq iyunun 20-də, saat 18:00-da davam etdiriləcək.
Həmçinin sabah mədənçilər və onların tərəfdarları Parlament binasından “Georgian manqanezi"nin ofisinə qədər yürüş keçirəcəklər.


