23 
Iyl
2020
12:46
1214

Gürcüstanda koronavirusa son yoluxanların haradan olduqları məlum oldu

"Son 24 saat ərzində 12 yeni koronavirus halından 3-nün yoluxma mənbəyi məlum deyil.

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu xəstəliklər xəstəxanasının kliniki direktoru Marina Ezuqbaia açıqlam verib.

“12 yeni koronavirus halı qeydə alındı və bununla da ölkə miqyası ilə təsdiqlənmiş virus daşıyıcılarının ümumi sayı 1085 nəfərə çatdı. Sağlamlığına qovuşan 4 xəstəmiz var və onların da sayı 911 nəfərə çatdı. Hal hazırda isə 196 nəfər aktiv koronavirus daşıyıcısı müalicə alır. 5 xəstənin yoluxma mənbəyi virus daşıyıcıları ilə təmas olmasıdır. 2 yeni yoluxma mənbəyi Qaçianidən , 2 yoluxma isə daxil edilmədir. 3 nəfərin yoluxma mənbəyi isə məlum deyil , araşdırılır”, - deyə Marina Ezuqbaia bildirdi.

Bizimlə əlaqə saxlayın