Tenqiz Çerçvadze vaksin və ya effektli dərman hazırlanmasa pandemiyanın daha bir il davam edəcəyini bildirir
"Koronavirus pandemiyası vaksin və ya effektli dərman hazırlandıqdan sonra başa çatacaq".
InterPress.ge xəbər verir ki, bu sözləri Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasının direktoru Tenqiz Çerçvadze deyib.
“Pandemiyanın vaxtını heç kim bilə bilməz. Mənim subyektiv fikrim budur ki, koronavirus pandemiyası vaksin və ya effektli dərman hazırlandıqdan sonra başa çatacaq. Mənim təxminimcə bu ilin sonu yeni ilin başlanğıcında mümkün olacaq. Əgər vaksin və ya effektli dərman hazırlanmasa pandemiya daha bir il davam edəcək yəni növbəti ilin yay ayınadək. Bu mənim təxminimdir”- deyə Çerçvadze bildirib.
Bununla bərabər Çerçvadze Gürcüstanda ikinci bir koronavirus dalğasının olacağını düşünür, amma daha zəifdir.
"Yenə də, subyektiv fikrimcə, ikinci dalğa, ehtimal ki, birinci dalğadan daha zəif olacaq. Niyə? Ona görə ki, hökumət vertikalının, Gürcüstan həkimlərinin, ilk növbədə epidemioloqların və səhiyyə nazirliyinin birgə çox rasional və effektli müdaxilələri səyləri nəticəsində vaxtında adekvat və effektli nəticə əldə edildi”.


