24 
Nybr
2023
22:04
259

Bu gün ümumilikdə 24 nəfər “HƏMAS”ın əsirliyindən azad edilib

Bu gün ümumilikdə 24 nəfər “Həmas”ın əsirliyindən azad edilib.
 

InterPress.ge xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyətinin və Qətər Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.

Bundan əlavə, Qətər Xarici İşlər Nazirliyi bildirir ki, azad edilənlər arasında 13 İsrail, 10 Tailand və bir Filippin vətəndaşı var.

Məlumat üçün bildirək ki, 12 taylandlı “HƏMAS”ın əsirliyindən azad edilib.
Azad edilmiş 13 israilli girov artıq İsrail ərazisindədir.

BBC-nin məlumatına görə, onlar artıq ilkin tibbi müayinədən keçiblər və bundan sonra onlar xəstəxanalara köçürüləcək və orada ailə üzvləri ilə görüşəcəklər.
 

İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir: "İsrail Müdafiə Qüvvələri təhlükəsizlik xidmətləri ilə birlikdə bütün girovlar evlərinə qayıdana qədər əməliyyatı davam etdirəcək".

Bizimlə əlaqə saxlayın