28 
Dek
2023
13:21
1731

Yanvar ayının 1-dən işığın tarifləri azalır - VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ

Yanvarın 1-dən bütün ölkə ərazisində elektrik enerjisinin istehlakçı tarifi aşağı salınır.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası cari sessiyada Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının 4 dekabr 2008-ci il tarixli 33 nömrəli “Elektrik enerjisi tarifləri haqqında” qərarında ediləcək dəyişiklikləri dəstəkləyib. 

Buna əsasən, paytaxt və regionların əhalisi üçün elektrik enerjisinin həm məişət, həm də qeyri-məişət tarifləri 3 tetri azalır.

Semek-in sədri Davit Narmaniyanın sözlərinə görə, tarifin aşağı salınmasının həm hüquqi, həm də iqtisadi əsasları var.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər