05 
Yan
2024
12:54
733

Noyabrda Gürcüstanda tikinti qiymətləri artıb

2023-cü ilin noyabr ayında tikinti xərcləri indeksi əvvəlki aya görə yüzdə 0,8 artıb.

InterPress.ge xəbər verir ki, Sakstat-ın məlumatına görə, sözügedən dəyişiklik əsasən tikinti sənayesində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 2,6 faiz artması ilə əlaqədar olub ki, bu da ümumi indeks dəyişikliyinə 0,66 faiz bəndi töhfə verib.

Bununla belə, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti xərcləri indeksi 13,3 faiz artıb.

Məlumata görə, indeksin artımına daha çox tikinti sənayesində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 29,5 faiz, tikinti materiallarının qiymətinin isə 7,6 faiz artması səbəb olub ki, bu da müvafiq olaraq, ümumi indeksdəki dəyişikliyə 6,65 və 4,35 faiz bəndi töhvə verib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər