19 
Yan
2024
12:26
383

Ğaribaşvili: “Gürcü arzusu” parlament seçkilərində 60 faiz səs toplaya bilər”

Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 60 faiz səs toplaya bilər.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili deyib.

“Seçkilər bu gün olsaydı, “Gürcü arzusu” azı 60 faiz səs toplayardı. Biz seçkilərdən narahat deyilik, lakin əmin-amanlığın, sabitliyin və sürətli iqtisadi inkişafın davam etdirilməsi üçün ölkəmizə və xalqımıza lazım olan maksimum nəticəni əldə etməyə hazırlaşırıq”, - o qeyd edib.

Onun sözlərinə görə, bu gün müxalifətin qalib gəlmək şansı yoxdur: “Gürcüstan xalqı çox gözəl görür, kimin keçmişi olduğunu bilir. Onlar çox gözəl bilirlər ki, bu gün ölkədə üçüncü qüvvə yoxdur”.

Xatırladaq ki, Gürcüstanda oktyabrın 26-da parlament seçkiləri keçiriləcək. Partiyaların qeydiyyatı artıq başlayıb və bu proses sentyabrın əvvəlində başa çatacaq.

Bizimlə əlaqə saxlayın