Bu gün parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək
Bu gün Milli Məclisin Hüquq məsələləri komitəsinin iclası keçiriləcək, gündəliyinə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə ikinci oxunuşda baxılması nəzərdə tutulub.
InterPress.ge xəbər verir ki, Komitənin iclası saat 09:00-a təyin edilib.
Xatırladırıq ki,“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentdə aprelin 17-də birinci oxunuşda - 83 səslə qəbul edilib.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müəllifi və təşəbbüskarı “Gürcü Arzusu” fraksiyasıdır. Onun məzmunu ötən il başlanmış və etirazlar nəticəsində “yıxılan” layihəyə bənzəyir. “Şəffaflığın təmin edilməsi məqsədi ilə” qanun layihəsində qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin gəlirlərinin müəyyən həcmi - xüsusilə, 20%-dən çoxu xaricdən gələrsə, həmin təşkilatların xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyata alınması nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” hesab edilən hər bir təşkilat eyni adlı məlumat bazasında dövlət reyestrində qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı alınan gəliri əks etdirmək lazım gələcək. Eyni zamanda, təşkilatların hər il maliyyə bəyannaməsini doldurmaq öhdəliyi olacaq.


